09:00 22.04.2022 826

Formula 1 pilotu olmaq neçəyə başa gəlir? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bu yay Bakı ölkəmizin tarixində 6-cı dəfə olaraq, Formula 1 Qran Prisini qəbul edəcək. 

Azərbaycanda idmanın bu növünə maraq göstərən kifayət qədər sürət həvəskarı var.

Maraqlıdır, bəs Formula 1-də ölkəmizi pilot olaraq təmsil etmək istəyənlərin sayı təxminən nə qədərdir və bunun üçün onlar hansı yollardan keçməlidir? 

Bu və digər suallar ətrafında "Motorsport Azerbaijan" saytının baş redaktoru və Formula 1 şərhçisi Rəhim Əliyevlə söhbətləşməyi uyğun saydıq.

O, Fanat.Az-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirdi.

- Yerli uşaqlar və yeniyetmələr arasında bu idman növünə maraq hansı səviyyədədir?

- Əlbəttə, yüksək sürətlə maşın idarə etməyi xoşlayan gənclərimizi Formula 1 yarışında iştirak etmək maraqlandırır. Saytımıza bununla bağlı suallar da daxil olub. 

- Onların bu sahədə özlərini sınaması üçün ölkədə şərait varmı?

- Hər şeyə sıfırdan başlamaq üçün ölkəmizdə ödənişli kartinq məktəbi fəaliyyət göstərir. Bu peşəyə ciddi şəkildə yiyələnmək üçün ora müraciət oluna bilər.

- Ümumiyyətlə, dünya praktikasında necədir? Məsələn, bir uşağın mötəbər avtomobil yarışlarının iştirakçısı olması üçün ilk addımlar necə atılmalıdır?

- 2015-ci ilin iyul ayında "Mercedes Motorsport"un rəhbəri Toto Volff "Racentour" resursuna eyni mövzuda müsahibə vermişdi. O, bildirmişdi ki, avtoidman bahalı və çətin bir məşğuliyyətdir. Formula 1-ə düşmək üçün cavan sürücülər çoxsaylı gənclər seriyasından ibarət olan uzun bir yol keçməlidirlər. Çox yüksək rəqabət olan bu seriyalardan keçmək üçün gənc sürücüyə istedadı ilə yanaşı, maliyyə də lazımdır. 

Beş yaşından valideynləri tərəfindən kartinq kurslarına gətirilən uşağın istedadını görən məşqçi onunla pulsuz məşğul olsa da, 14-15 yaşına qədər onun yeniyetmə, gənc və beynəlxalq kartinq turnirlərinə qatılması üçün ən azı bir milyon avro vəsait tələb olunur. İstedadınız bu mərhələni uğurla keçməyə imkan versə, onda 350 min avro tapmaqla Formula 4 və ya "Renault" formulasına qoşula bilərsiniz. Əgər elə debüt ilində özünüzü göstərə bilsəniz, növbəti Formula 3 çempionatına 650 min avro lazım olacaq. Beləliklə, 16 yaşımızda artıq 2 milyon avronu xərclədik.

Amma Formula 3-də ilk dəfədən yaxşı nəticə göstərmək çox çətindir, ona görə də daha bir il bu çempionatda ləngimək lazımdır – bundan sonra isə GP2 (avtomobil yarışı) və ya "Renault" seriyası barədə düşünmək olar. Bu çempionatlarda iştirak isə ən azı 1,5 milyon avroya başa gəlir. Beləliklə, 18 yaşında yüksək istedadınız sayəsində Formula 1-in astanasına 4,5-5 milyon avro xərcləməklə gəlib çıxa bilərsiniz.

Təkcə F1-də debüt etməyiniz üçün əlavə 2-3 milyon avro lazımdır. Yəni 18 yaşında gənc sürücünün böyük yarışlara qatılmasına 7-8 milyon avro xərclənir.

Özümdən əlavə edim ki, bütün bu xərclərdən sonra siz öz sözünüzü aşağı seriyalarda demiş bir sürücü olmalısınız ki, komanda sizdən əlavə xərc tələb etmədən sizinlə müqavilə bağlasın. Son illərdə Formula 1-də görürük ki, adi sürücülərin komandalara qatılması üçün böyük sponsor paketi tapması müşkülə çevrilir. Bəzi sürücülərdə bu paket, hətta 20 milyon avronu aşır…

Yaxşı, tutaq ki, siz doğrudan da istedadlısınız və artıq 10 yaşınızda bu istedad özünü biruzə verir. Onda sizin başqa yolunuz da ola bilər. Yəni sizə öz çıxışlarınızla zavod komandalarını və ya müəyyən komandaların “Gənc sürücülər” proqramını maraqlandıra bilərsiniz. Belə proqramlara düşsəniz, həm xərcləriniz azala, həm də yol qısala bilər.

Məsələn, elə "Mercedes" şirkətinin “Gənc sürücülər” proqramı. Heç bilirsiniz ki, bu məktəbdən kimlər çıxıb? Cəmi iki adı demək kifayətdir: yeddiqat dünya çempionu Mixael Şumaxer və ikiqat dünya çempionu Mika Hekkinen. "McLaren" komandasının himayədarlığı nəticəsində Lyuis Hemilton çox erkən yaşlarında çempionatda debüt etdi və artıq üçqat dünya çempionudur.

Amma ən populyar məktəb "Red Bull" şirkətinin məktəbidir. Şirkətin idman məsləhətçisi, keçmiş Formula 1 sürücüsü Helmut Markonun rəhbərlik etdiyi məktəbin yetirmələri çox asanlıqla çempionata düşürlər. Çünki şirkətin çempionatda iki komandası var: "Red Bull Racing" və "Scuderia Toro Rosso". Dördqat dünya çempionu Sebastyan Fettel, Skott Spid, Sebastyen Buemi, Xayme Algersuari, Daniel Rikkardo, Jan Erik Vern, Daniil Kvyat, Karlos Sayns (oğul) və başqaları bu məktəbin yetirmələdirlər.

Ümid edirəm ki, çox tezliklə bizim ölkəmiz bu idmanda təmsil olunacaq, özü də ləyaqətlə təmsil olunacaq. Biz podiumda həm ölkəmizin üçrəngli bayrağını görəcəyik, həm də gözəl himnimizi eşidəcəyik.

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X