
Mövsümün sonunda hücum xəttini gücləndirməyi hədəfləyən "Neftçi" bir neçə hücumçunun transferini nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın heyətə qatmaq istədiyi oyunçular arasında "Şamaxı"nın vingeri Natan Oduva da var.
Bakılılar İngiltərənin U-17, U-18, U-20 milliləri ilə yanaşı, Nigeriyanın U-23 yığmasının da formasını geyinmiş Oduvanı azad agent qismində rənglərinə bağlaya bilər.
Belə ki, "Tottenhem"in yetirməsi bu qış indiki klubu ilə 6 aylıq müqavilə bağlayıb. Qısa müddətdə özünü yaxşı tərəfdən 26 yaşlı Natanın "Neftçi"ni "Şamaxı"dan üstün tutacağı isə şübhə doğurmur.
Emin