
Kubanın paytaxtı Havanada şahmat üzrə sayca 55-ci "Kapablanka Memorialı" keçirilir.
Fanat.Az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən azərbaycanlı qrossmeyster Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada ilə heç-heçə oynayıb. Ardınca Daniel Karlos Kabreranı (Kuba) məğlub edən V.Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Quintana ilə xalı yarı bölüb.
Bu nəticələrdən sonra 30 yaşlı şahmatçımız 10 iştirakçı arasında 4-cü pillədə yer alıb. O, növbəti görüşünü bu gün ABŞ-dan olan Hans Niemanna qarşı keçirəcək.
Qeyd edək ki, turnirdə ümumilikdə 6 ölkə - Kuba, Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.