Futzal üzrə Yüksək Liqada keçirilən 31-ci turun oyunları ilə əsas mərhələyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz Naxçıvan”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.
Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməs tərəflər penalti seriyasından istifadə edəcək.
Yüksək Liqa
Yarımfinal
1 may
EKOL – Neftçi İK
12:00. Bakı İdman Sarayı
Araz Naxçıvan – Baku Fire
14:45. Bakı İdman Sarayı