10:53 23.04.2022 488

"Medal qazanmamağımın səbəbi təcrübəsizliyim oldu" - Abdulla Qədimbəyli

"Avropa çempionatında yaxşı nəticə gözləmirdim. Yarışdan əvvəl əsas məqsəd reytinqimi artırmaq və qrosmeyster normasını yerinə yetirmək idi. Amma çempionata yaxşı start verdim və getdikcə özümə daha çox inanmağa başladım. Reytinqimi isə düşündüyümdən daha çox artırmağa nail oldum. Ən əsası, əksər şahmatçıların arzuladığı Dünya Kubokuna vəsiqə əldə etdim. Bu, mənim üçün çox vacib idi".

Fanat.Az xəbər verir ki, bunu Sloveniyada keçirilmiş şəxsi Avropa çempionatında ilk "10-luq"da yer alan Abdulla Qədimbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

7,5 xalla 9-cu olan 20 yaşlı beynəlxalq usta turnirin reytinq favoritlərindən olan Anton Korobov üzərində qələbəsini şərh edib: “Turnirin reytinq üzrə ikinci şahmatçısı, qara fiqurlarla oynayan Anton Korobovla mübarizə aparmaq çətin idi. Ukraynalı şahmatçı oyunu qələbə ilə bitirmək istəsə də, lazımi gedişləri edərək partiyanı qalib başa vurmağı bacardım. Bu oyunu keçirdiyim görüşlərdən ən çətini adlandırmaq olar”.

Şahmatçı baxımlı oyunları arasında turnirin reytinq favoriti çexiyalı David Navara ilə qarşılaşmanı qeyd edib: “Avropa çempionatında rahat oyunlar olmadı. Amma David Navara ilə oyunu fərqləndirmək olar. Turnirin reytinq favoritinə qarşı mübarizədə məqsəd təkcə qələbə deyildi, həm də baxımlı oyun göstərmək istəyirdim. Nəticədə gözəl oyun alındı, həm də qələbə qazandım. Düşündüyüm taktikanı həyata keçirdim. Müəyyən mənada rahat alındı. Oyundan və nəticədən razı qaldım”.

A.Qədimbəyli yarışın əvvəlindən ilk "üçlük"də qərarlaşmasına və sonuncu tur ərəfəsində liderlər qrupunda olmasına baxmayaraq mükafatçılar sırasında yer almaması ilə bağlı fikirlərini də bölüşüb: “Düşünürəm ki, bir qədər təcrübəsizlik öz sözünü dedi. Rəqiblərim 2600 reytinqli şahmatçılar idi, mənim isə əmsalım 2400-ə yaxındır. Müəyyən mənada yorğunluq özünü göstərdi. Son turlarda artıq gedişləri hesablamaqda çətinlik çəkirdim. Bəzi həmkarlarım erkən heç-heçələr etməklə güclərini sonuncu tura saxlayırdılar. Mən isə bütün oyunlarda maksimum güc nümayiş etdirməyə çalışdım. Mükafatçılar sırasında yer almamağımın səbəblərindən biri də bəlkə təcrübəsizliyim oldu. Amma reytinqimə görə yüksək nəticə göstərdim”.

Şahmatçı yarışlar zamanı fiziki hazırlığın da əhəmiyyətinə toxunub. Turnir ərəfəsində özünün daha çox kompüter qarşısında işlədiyini vurğulayan A.Qədimbəyli sağlam həyat tərzi sürməyin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, gün ərzində heç olmasa bir neçə saat idmanla məşğul olmaq və təmiz hava qəbul etmək vacibdir

Əsas hədəfini də açıqlayan şahmatçı deyib: “Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün hazırlığa başlamalıyam. Mütəmadi olaraq, günün müəyyən hissəsini şahmata ayıracağam. Əsas hədəflərdən biri də milli komandada yer almaqdır. Gələcəkdə daha yaxşı nəticələrə imza atmaq və yığma komandanın üzvü olmaq istəyirəm. Kişi şahmatçılardan ibarət millimiz çox güclüdür. Teymur, Şəhriyar və Rauf kimi şahmatçılarla eyni komandada oynamaq böyük uğur olar”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
18:22

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

17:55

"Real"ın sol cinah müdafiəçisi qalır

17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X