Fiqurlu konkisürmə üzrə 2022-2023-cü il mövsümündə keçirilməsi nəzərdə tutulan Qran-Pri seriyasının Rusiya mərhələsi ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar qəbul edib.
ISU həmçinin Rusiya və Belarusa qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi də qadağan edib. Bununla yanaşı, qurum bu ölkələrin idmançılarını təşkilatın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırmaq qərarına gəlib.
Yarış qadağası fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə idman növlərinə şamil edilir.
Qeyd edək ki, Qran-Prinin Rusiya mərhələsi noyabrın 25-dən 27-dək baş tutmalı idi.