10:39 09.05.2022 277

"Kasad heyət üçün 3 nəfərin yoxluğu..." - Mövsümün ən yaxşı qapıçısı

Futzal üzrə Yüksək Liqada gümüş mükafat qazanan EKOL-un qolkiperi Emin Kürdov çempionatı dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, mövsümün ən yaxşı qapıçısı seçilən millinin üzvü federasiyanın mətbuat xidmətinə danışıb: 

“Pley-off oyunları kifayət qədər gərgin keçdi. Həm bizim, həm də “Neftçi”nin finala adlamaq şansı var idi. Qarşımıza qoyulan tapşırıq minimum həlledici duelə vəsiqə qazanmaq idi ki, bunun öhdəsindən gəldik. Amma bu asan başa gəlmədi. Üç oyunçumuz sarı vərəqə limitini doldurduğuna görə final oyunundan kənarda qaldı. Nəzərə alsaq ki, heyətimiz 12 nəfərdən ibarətdir və onlardan 2-si qapıçıdır, bu itkilərin hansı əhəmiyyət daşıdığını anlamaq çətin olmamalıdır. Bura rəqibin gücünü də əlavə edək. “Araz-Naxçıvan”ın heyətində kifayət qədər təcrübəli futzalçılar yer alıb. Komanda millinin bazasıdır. Legionerləri də komandaya güc qatırlar. Düzdür, “Araz-Naxçıvan”a cari mövsümün əsas mərhələsində ilk və yeganə yenilgini biz yaşatmışdıq. Onda tam heyətlə meydana çıxmışdıq, mübarizə apardıq, əzmkarlıq göstərdik və bunu bacardıq.

Mövsümü ikinci pillədə başa vurduq. Gümüş medalı da komandamız üçün uğurlu nəticə saymaq olar. Qış fasiləsindən sonra əsas heyət üzvlərindən bir neçəsi komandadan ayrıldı. Onların gedişindən sonra güclənə bilmədik. Amma baş verənlərin fonunda finala vəsiqə qazandıq. Artıq neçə il idi bunu bacarmırdıq. Rəqibimizi çempion olması münasibəti ilə təbrik edir, Çempionlar Liqasında uğurlar arzulayıram.

Ən yaxşı qapıçı seçilməyimə gəldikdə, maraqlı oyunlar keçirdik. Xüsusilə də pley-off mərhələsində hər iki görüşümüz gərginliyi ilə yadda qaldı. Bacardığım qədər komandama kömək etməyə çalışdım. Tək qurtarışlarımla yox, vurduğum qollarla da qələbələrimizdə pay sahibi oldum. Seçimə görə səs verənlərə təşəkkür edirəm. Yeni mövsümdə də statusumu qorumağa çalışacam”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

Facebookdan bizi izləməyi unutmayın.
X