AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, ASK Arenada baş tutan görüşdə "Cəbrayıl" "Qusar"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər finalçının adı isə sabah oynanılacaq "Xan Lənkəran" - "Araz Naxçıvan" matçından sonra bəlli olacaq.
Qeyd edək ki, Region Liqasının final qarşılaşması mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Oyun saat 16:00-da başlayacaq.