12:26 17.05.2022 209

Azərbaycan Basketbol Federasiyası hesabat verdi

Bu gün Azərbaycan Basketbol Federasiyası son 5 ay ərzində  görülmüş işlərlə bağlı hesabat verib, qarşıda nəzərdə tutulan mühüm layihələr, atılacaq addımlar  haqqında ictimaiyyəti məlumatlandırdı.

Fanat.Az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər və İdman şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin  Baş katibi Azər Əliyev, eləcə də digər rəsmilər və ali təhsil ocaqlarının rektorları iştirak edirdilər.Tədbirdə Emin Əmrullayev  federasiyaya prezident seçildiyi 2021-ci ilin 14 dekabr tarixindən ötən dövr ərzində idmanın basketbol növündə görülən işlər, qarşıda duran planlar haqqında məlumat verdi.  

4 aylıq seleksiya işlərinin yekunları barədə məlumat verildi və bildirildi ki, fevral ayının əvvəlindən yerli mütəxəssislərin köməyi ilə ölkə üzrə 6 zonada seminarlar keçirilib. Əsas məqsəd 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında Regional Çempionatların təşkili üçün zonanın bütün bədən tərbiyəsi müəllimlərini təlimatlandırmaq və onları bu prosesə hazırlamaq olub.  Seminarların ardından bütün ölkə üzrə Regional Çempionatlar keçirilib.

Ümumilikdə yarışlarda 1416 komanda iştirak edib. Bunlardan 891-i oğlanlardan, 525-i qızlardan ibarət komandalar olub. İştirakçı uşaqların sayı 8038-i oğlan, 4687-i qız olmaqla, ümumilikdə 12725 nəfər olub. Burada əsas məqsəd olaraq uşaqlar arasında basketbola sevgini artırmaq və 6 ildən sonra peşəkar basketbolçuya çevrilmək potensialı olan 200-300 nəfər oğlan və qızları tapmaq qoyulub. Ümumilikdə 779 nəfər seçilmişdir. Onlardan 420-si qız, 359-u oğlandır.

Növbəti mövsümdən etibarən isə ümumilikdə 6 liqa üzrə müntəzəm çempionat keçiriləcək. Oyunlar hər şənbə və bazar günləri öncədən müəyyən edilmiş konkret ünvan-məkanda keçiriləcək. Yəni liqaların hər biri üçün biri olmaqla, ümumilikdə 6 fərqli məkan olacaq.

- U-12 Liqası üçün 1 məkan
- U-14 Liqası üçün 1 məkan
- U-16 Liqası üçün 1 məkan
- Özəl Məktəblər Liqası üçün 1 məkan
- Universitet Liqası üçün 1 məkan
- Azərbaycan Super Liqası üçün 1 məkan
  
Daha sonra basketbol üzrə həm kişilərdən, həm də gənclərdən ibarət milli komandamızın gündə iki dəfə olmaqla məşq prosesi və fevral ayından etibarən xarici ölkələrdə hər iki komanda üçün təlim-məşq toplanışıları, çoxsaylı yoxlama oyunlarının təşkil olunması barədə tədbir iştirakçılarına məlumat verildi.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X