UEFA Millətlər Liqasının açılış turunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim İştvan Vad olacaq. Ona Vencel Tot və İştvan Albert laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 3-də Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.