Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, 1-ci turun ilk oyun günündə bir matç keçirilib.
A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşün baş hakimi sloveniyalı Rade Obrenoviç olub.
Hesabda geri düşən Polşa əzmkar geridönüş sayəsində qələbə qazanıb.
Bu qrupun digər oyunu iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.
UEFA Millətlər Liqası, 1 iyun
I tur
A Liqası, 4-cü qrup
Polşa - Uels 2:1
Qollar: Kaminski, 72. Sviderski, 85 - Uilyams, 52.
Baş hakim: Rade Obrenoviç (Sloveniya)