"Qarabağ"ın futbolçusu Marko Veşoviçin çıxış etdiyi Monteneqro yığması Millətlər Liqasında II turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda Finlandiya millisi ilə qarşılaşıb.
Rəqibin 2:0 hesabı ilə qalib gəldiyi matçda Veşoviç sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, bu qələbədən sonra xal sayını 4-ə çatdıran Finlandiya millisi liderliyi ələ keçirib. Monteneqro 3 xalla 2-cidir. Turun digər matçında 1 xala malik Bosniya və Herseqovina xalsız Rumıniyanı qəbul edəcək.