Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Millətlər Liqasında İngiltərəyə qarşı keçirdikləri ev oyununu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, türk futbolçu UEFA-nın saytına danışıb:
"Fikrimcə, komanda oyunu sərgiləyə bildik. Biz aktiv və aqressiv çıxış etdik, təhlükəli vəziyyətlər yaratdıq. Əlbəttə, İngiltərə millisini tam şəkildə "bağlamaq" mümkün deyil. Amma meydanda dominantlıq etməyi bacardıq. Təbii ki, sonda buraxdığımız qola görə bir qədər üzgünük".
Xatırladaq ki, almanlar matçın 51-ci dəqiqəsində hesabı açıb. Rəqib qapısına Yonas Hofman yol tapıb. 88-ci dəqiqədə penaltidən fərqlənən Harri Keyn isə yekun nəticəni müəyyənləşdirib.
Nihat