Dünən, iyunun 9-da Millətlər Liqasında Çexiyanı 2:0 hesabı ilə üstələyən Portuqaliya millisinin çalışdırıcısı Fernandu Santuş üçün bu qələbə xüsusi olub.
Fanat.Az xəbər verir ki, Santuş yığmanın "sükanı arxası"nda 100-cü oyununu keçirib.
Bu qarşılaşmaların 63-də qələbə qazanan portuqaliyalılar 21 dəfə heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Santuş Kriştianu Ronaldu və komanda yoldaşlarını 2014-cü ilin sentyabrından çalışdırır. Onun rəhbərliyi altında Portuqaliya tarixində ilk dəfə 2016-cı ildə keçirilən Avropa çempionatının, 2019-cu ildə isə Millətlər Liqasının qalibi olub.
Nihat