"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri Təl-Əviv "Makkabi"si haqda fikirlərini bölüşüb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis belə danışıb:
"Püşk qarşımıza yaxşı rəqib çıxardı. "Makkabi" Azərbaycan futbol ictimaiyyətinə tanış komandadır. Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir. Bizim üçün maraqlı təcrübə olacaq. Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".