
"Səbail"in yeni mətbuat katibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun mətbuat sözçüsü yenə xanım jurnalist olacaq.
Belə ki, mövsümün sonunda klubdan ayrılaraq Futbolun İnkişaf Fonduna keçən Mehriban Mürsəlovanı Sənəm Fərhadlı əvəz edəcək. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bakı Slavyan Universitetinin Azərbaycan Filologiyası və Jurnalistika fakültəsinin məzunu olan Sənəm Fərhadlı bundan əvvəl "Futbol+" qəzetində çalışıb.
