
Bakı şəhər Gənclər və İdman Baş İdarəsində MOK-un 30 illiyinə həsr olunacaq "Banişevski turniri"nin təşkili ilə bağlı görüş keçirilib.
Bakı Kəndlər Futbol Federasiyasından (BKFF) Fanat.Az-a verilən məlumata görə, tədbirdə turnirin oyunların təqvimi müzakirə olunub.
"Şöhrət" ordenli mərhum futbolçu Anatoli Banişevskinin adını daşıyan turnir iyulun 1-31-i aralığında təşkil olunacaq. Oyunların "Dalğa Arena", Binə İdman Kompleksi və Abşeron Olimpiya İdman Kompleksində həftəsonları keçirilməsi planlaşdırılır. Dairəvi sistem üzrə keçiriləcək yarışda 6 komanda iştirak edəcək: "Abşeron", "Səbail", "Binəqədi", "Binə", "Yasamal", "Cürət".
Turnirin sonunda ilk üç yeri tutan komandalar, həmçinin, ən məhsuldar futbolçu mükafatlandırılacaqlar.
Mirağa