İsrailin "Makkabi" (Təl-Əviv) komandasının müdafiəçisi Şeran Yeini Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə"yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında belə danışıb:
“Üçüncü dəfədir Azərbaycana gəlirəm. Əvvəlki görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək”.
Sabah “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Makkabi” qarşılaşması saat 20:00-da start götürəcək.