13:09 21.07.2022 2887

"Rəşadın atdığı əla addımdır" - Ağasəlim Mircavadov

Bü gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində ölkəmizi təmsil edən üç komanda mübarizəyə başlayacaq. "Zirə" Bakıda "Makkabi Tel- Əviv"i qəbul edəcək. "Neftçi" səfərdə Kiprin "Aris" klubuna, "Qəbələ" isə Macarıstanın "Fehervar" kollektivinə qarşı oynayacaq.

Futbol üzrə Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov Fanat.Az-a açıqlamasında təmsilçilərimizin şanslarını dəyərləndirib. 

75 yaşlı mütəxəssis əvvəlcə Limassolda oyuna çıxacaq "Neftçi" barədə danışıb:

"Bilirsiniz, "Neftçi" barədə informasiya azdır. Yeni baş məşqçini və yeni futbolçuları iş başında görməmişəm. Komanda adına görə yaxşı oynamalıdır. Bildiyim odur ki, Regekampf hələlik üstünlüyü legionerlərə verir. Bu da təbiidir. Avropa turnirində daha çox xarici oyunçulara güvənir. Çünki yerliləri yaxşı tanımır. Onları yaxşı tanıması üçün azı 2-3 ay zaman lazımdır. Amma deyim ki, "Aris" özü də təhlükəıli rəqib deyil. Odur ki, ilk mərhələdə "Neftçi"nin şanslarını yaxşı dəyərləndirirəm".

Daha sonra Mircavadov "Zirə" və "Qəbələ" haqda düşündüklərini dilə gətirib:

"Zirə"dən də yaxşı gözləntilərim var. Xatırlayırsınızsa, klubun baş məşqçisi Rəşad Sadıqov rəqibi analiz etmək üçün İsrailə yollanmışdı. Bu, əla addımdır. Komanda istəklidir. Futbolçular belə yarışda özlərini göstərmək üçün acdır. Rəşad yığmanın da bəzi futbolçularını heyətə qatıb. Ümumlikdə "Zirə"nin də şanslarını yaxşı dəyərləndirirəm. Futbolçular fasilədən sonra ilk rəsmi oyunlarına çıxacaqlar. Burada futbolçuların fərdi ustalıq səviyyələri həlledici olacaq. Elə "Qəbələ" haqda da bunları deyə bilərəm. Uzun müddətdir ki, Avropa turnirlərində iştirak etmirlər. Onlar da bu növ turnirlərdə çıxış etmək üçün istəklidirlər. 

Ümumiyyətlə, hər üç kluba uğurlar arzu edirəm.  Ümid edirəm ki, təmsilçilərimiz ilk mərhələni keçə biləcəklər". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X