Formula 1 üzrə dünya çempionatının 12-ci turunun - Fransa Qran Prisinin qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hemilton tutubsa, onun həmyerlisi və komanda yoldaşı Corc Rassel üçüncü yerlə kifayətlənib.
Növbəti mərhələ iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək.
Nihat