
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də rəqibi bəlli olub.
III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq "ağ-qaralar" pley-offda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.