Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubay Open” turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün altıncı turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı qara fiqurlarla hindistanlı Belurkar Nitişlə heç-heçəyə razılaşıb.
Ağ fiqurlarla oynayan Aydın Süleymanlı isə Hindistanın digər təmsilçisi Şete Sammed Jaykumara uduzub.
Xalını 4-ə çatdıran Muradlı turnir cədvəlinin 24-cü pilləsində qərarlaşıb. Süleymanlı isə 3,5 xalla 37-cidir. Sıralamaya 5,5 xalla Arcun Eriqaysi (Hindistan) başçılıq edir.
Turnirdə ümumilikdə 150 iti zəka sahibi iştirak edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət "Dubay Open" sentyabrın 4-dək davam edəcək.