13:18 02.09.2022 163

\"Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular\" - Mahir Məmmədov

Çexiyanın paytaxtı Praqadakı şəxsi Avropa çempionatında gümüş medal qazanan Günay Məmmədzadəni və yarışda iştirak edən digər şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlama verib. 

Fanat.Az xəbər verir ki, federasiya rəhbəri xanım şahmatçıların Olimpiadadakı çıxışını xatırladıb:

 “Mən Hindistandakı Şahmat Olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən Olimpiadada çox uğurlu çıxış etdik. Qadın şahmatçılardan ibarət millinin son turadək çempionluq şansı vardı. Son turun 2 saatı keçəndən sonra elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik. Olimpiada çox ağır turnir idi.

Çexiyada şəxsi Avropa çempionatı güclülərin iştirak etdiyi samballı yarışdır. Belə yarışda uğurlu çıxış etməyin qiyməti çox dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı".

AŞF rəhbəri polşalı Avropa çempionu Monika Soçko ilə görüşdə hər 3 Azərbaycan şahmatçısının qələbəyə yaxın olduğunu bildirib: 

"Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi".

60 yaşlı funksionerin sözlərinə görə, qadın şahmat millisinin uğurları hələ qabaqdadır: 

"Azərbaycan şahmatçıları dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır".

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 7 qadın şahmatçısı mübarizə aparıb. Onlardan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X