17:40 02.09.2022 527

"Erməni ilə yenidən qarşılaşsam..." - Avropa çempionu

"Mundialda bizim çəki dərəcəmizdə bu günədək  35 güləşçinin iştirak edəcəyi açıqlanıb. Onlardan ən azı 15-i ciddi rəqibdir".

Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan yunan-Roma güləşi millisinin 77 kiloqram çəki dərəcəsindəki üzvü Sənan Süleymanov qarşıdakı dünya çempionatına hazırlığı barədə danışarkən deyib. 

İslamiadadakı çıxışına toxunan 26 yaşlı Avropa çempionu 2021-ci ildə Norveçin paytaxtı Osloda keçirilmiş mundialda qazandığı "gümüş"ü "qızıl"a çevirmək iddiasındadır:

"İslam Həmrəyliyi Oyunlarında istədiyim nəticəni göstərə bilmədim. Bəhanə kimi çıxmasın, üç ay əvvəl qabırğam sınmışdı. Zədə mənə əsasən parterdə problem yaradır. Həm müdafiə olunarkən, həm də xal qazanmağa çalışanda çətinlik çəkirəm. Bu üzdən həlledici görüşdə qırğızıstanlı olimpiya finalçısı Akjol Mahmudovla istədiyim kimi güləşə bilmədim.  Görüşü izləyənlər də gördü ki, ayaqüstü güləşdə ona heç bir şans vermədim. Əksinə, 6 dəqiqə ərzində daha aktiviydim. Sadəcə, bu, yunan-Romanın yazılmamış qaydasıdır ki, bir hissədə sənə, digərində rəqibə parterdə xal qazanmaq imkanı yaradılır.

Zədələrə rəğmən, Serbiyaya dünya çempionluğu üçün gedəcəyəm. Mundialda bizim çəki dərəcəmizdə bu günədək  35 güləşçinin iştirak edəcəyi açıqlanıb. Onlardan ən azı 15-i ciddi rəqibdir. İran, Qırğızıstan, Gürcüstan, Ermənistan və digər ölkə təmsilçilərinin adını qeyd edə bilərəm. Erməni güləşçi - dünya və Avropa çempionu Malxas Amoyanla bunadək üç dəfə qarşılaşıb ikisində udmuşam. Məğlubiyyətim də builki Avropa çempionatına təsadüf edib. Minimal hesabla - 5:6 uduzmuşdum. Bütün əsas rəqiblər üzərində ayrılıqda analiz aparmışıq. Amoyanla yenidən qarşılaşsam, həmin şansı verməməyə çalışacağam".

Süleymanov Oslodakı dünya çempionatının finalında yenildiyi rusiyalı ikiqat olimpiya çempionu Roman Vlasovun məlum səbəblərdən yarışa qatılmamasına münasibət bildirib:

"Vlasovun olub-olmaması çox şeyi dəyişmir. Onsuz da 77 kiloqram kifayət qədər rəqabətli çəkidir. Burada aşkar lider demək olar ki, yoxdur. Mənim də uda bilməyəcəyim rəqib yoxdur. Həmişə demişəm ki, güləş olsun, ya digər növ olsun, yarış vaxtı idman şansı amili də önəmlidir. Güləşsevərlər əmin ola bilər ki, biz qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Mundialda mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri qoşulacaq.

Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X