Dünən "Neftçi"dən ayrılan hücumçu Mirabdulla Abbasovun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, o, “Səbail”ə keçib.
Bunu “dənizçilər”in mətbuat xidməti açıqlayıb.
Mirabdulla əvvəllər də bu komandanın formasını geyinib. Belə ki, Abbasov 2019/20 mövsümündə “Səbail”də keçirdiyi çempionatın 11 matçında 3 qol vurub.