
"Neftçi" klubu 44 günlük Vətən müharibəsinin şəhidi Elyar Mirzəyevlə bağlı video paylaşıb.
Fanat.Az xəbər verir ki, bu gün doğum günü olan şəhid müharibədən əvvəl peşəkar futbolla məşğul olub.
O, 2002-ci ildə Ədliyyə Nazirliyində hərbi xidmətdə olarkən nazirliyin, Azərbaycan çempionatının güclülər dəstəsində mübarizə aparan futbol klubunun ("Ədliyyə") üzvü olub.
Hərbi xidməti başa vurduqdan sonra “Bakılı” futbol klubunun heyətində güclülər dəstəsində çıxış edib.
2006-2007-ci illərdə EKOL futzal klubunda forma geyib. Daha sonra Beyləqanın futbol komandasında fəaliyyət göstərib.