
"Səbail" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Amin Qarayevlə müqavilə imzalanıb.
Azərbaycanın U-18 milli komandasının üzvü ilə 2024/25-ci illər mövsümünün sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Amin Qarayevin son komandası Tbilisi “Dinamo”su olub. Gənc futbolçu daha əvvəl Gürcüstanın U-17 millisində də çıxış edib.