Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində qazancı məlum olub.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" turnirini 3 xalla 8-ci pillədə başa vurub. Bununla o, 16 min dollara sahib çıxıb.
Qalib Alireza Firuzca isə 100 min dollara yiyələnib.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 325 000 dollar təşkil edib.