01:00 13.09.2022 516

Tarixi şans: Azərbaycan millisi ilk dəfə dünya çempionu ola bilər

Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk "3-lük"də yerini təmin edib.

Fanat.Az xəbər verir ki, səkkiz çəki dərəcəsinin yekunlarına əsasən, yığmamız 2-ci sırada qərarlaşıb. Hesabında 100 xal olan millimizi lider Serbiyadan 10 xal ayırır. Üçüncü pillədəki Türkiyənin 92, dördüncü yerdə gedən Gürcüstanın  66, sonrakı sıradakı İranın 61 xalı var. Sonuncu gündə Gürcüstan bir bürünc, İran isə həmin sayda qızıl medal qazana bilər ki, belədə sözügedən yığmalar ilk üç yerdə qərarlaşmaq şansından məhrum olub.

Azərbaycan millisi mundialın qalibi də ola bilər. Belə ki, son gündə lider Serbiyanın heç bir güləşçisinin medal imkanı yoxdur. Üçüncü sıradakı Türkiyənin isə bir "qızıl"şansı var. Əvəzində ölkəmizin iki "klassik"i təsəlliverici görüşlərə qatılacaq. Təmsilçilərimiz Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanacaqları təqdirdə, yığma xal ehtiyatını 130-a çatdıracaq və bütün rəqibləri üçün əlçatmaz olacaq. Başqa sözlə, çempionluğa iddialı üç yığma arasında taleyi öz əlində olan Azərbaycan millisidir.

Xatırladaq ki, Azərbaycan yunan-Roma güləşçiləri mundialda beş medal əldə edib. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Çempion komandanın aktivinə 25, gümüş mükafatçı 20, bürünc medalçılar hərəyə 15, 5-ci olan Rafiq Hüseynov (82 kq) isə 10 xal yazdırıb.

Qeyd edək ki, bu gün baş tutacaq təsəlliverici görüşlərdə Murad Məmmədov (60 kq) Yustias Petraviçyus (Litva) / Ahmed Mahmud (Misir) cütünün qalibi, Sabah Şəriəti (130 kq) Alimxan Sidikovla (Qazaxıstan) qarşılaşacaq. Murad qələbə qazanacağı təqdirdə, yaponiyalı Keniçiro Fumita ilə üçüncülük görüşünə vəsiqə qazanacaq. Sabah isə litvalı Mantas Knistaustas ilə "bürünc" uğrunda həlledici görüşdə iştirak imkanı qazanmaq üçün Yakob Kadjayanı (Gürcüstan) da keçməlidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

Facebookdan bizi izləməyi unutmayın.
X