ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Fişer şahmatı" (şahmat 960) üzrə "Champions Showdown" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün daha üç tur oynanılacaq. 37 yaşlı qrossmeysterimiz ilk olaraq qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Ardınca o, "ağlar"la FIDE bayrağı altında mübarizə aparan rusiyalı Harri Kasparovu sınağa çəkəcək. Günün son turunda isə rəqib digər rusiyalı Yan Nepomnyaşi olacaq.
Görüşlər Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Üç turdan sonra təcrübəli şahmatçımız 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider maksimum nəticə göstərən Nepomnyaşidir.
Qeyd edək ki, dairəvi sistemlə 9 turdan ibarət turnirə sentyabrın 17-də yekun vurulacaq. Ümumi mükafat fondu 150 000 dollardır. Qalib 37 500 dollar qazanacaq.