17:34 18.09.2022 590

Azərbaycan millisi Avropa üçüncüsü oldu

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, qarışıq komanda üçüncü yer uğrunda həlledici görüşdə Almaniya kollektivi ilə üz-üzə gəlib.

Millinin heyətində öncə Elcan Hacıyev (90 kq) tatamiyə çıxıb və görüşünü qələbə ilə başa vurub. Ardınca Nərmin Əmirli (+70 kq) məğlub olsa da, sonrakı duellərdə, müvafiq olaraq, Ruslan Nəsirli (+90 kq), Səbinə Əliyeva (57 kq) və Vüsal Qələndərzadə (73 kq) rəqiblərinə qalib gəliblər. Beləliklə, sonuncu görüşə ehtiyac qalmayıb və Azərbaycan komandası 4:1 hesablı qələbə ilə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

*** 15:50

 

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında təsəlliverici görüşə çıxıb.

Fanat.Az xəbər verir ki, təsnifatda Avstriya kollektivini yensə də, 1/4 finalda Gürcüstana uduzan qarışıq komanda Estoniya yığması ilə üz-üzə gəlib.

Millinin heyətində Aytac Qardaşxanlı (70 kq) Valeriya Usanovanı, Elcan Hacıyev (90 kq) Randel Pasteli, Nərmin Əmirli (+70 kq) Melis-Emma Aktaşı, Ruslan Nəsirli (+90 kq) Karl Turk Prilinni yenib. Beləliklə, son iki duelə ehtiyac qalmayıb və millimiz 4:0 hesablı qələbə ilə bürünc medal görüşünə vəsiqə qazanıb.

Üçüncü yer uğrunda qarşılaşmada rəqib Türkiyə və Almaniya cüdoçuları arasındakı yarımfinal görüşünün məğlubu olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

*** 14:59

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, təsnifatda Avstriya kollektivini yenən qarışıq komanda bu mərhələdə Görcüstan yığması ilə qarşılaşıb.

Millinin heyətində Vüqar Talıbov (90 kq) görüşünü qələbə ilə başa vurub. O, Giorgi Cabniaşvilini yenib. Vüsal Qələndərzadə (73 kq) Kote Kapanadzeyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (+70 kq) Nino Qulbaniyə, Kənan Nəsibov (+90 kq) isə İrakli Demetraşviliyə uduzub. Beləliklə, son görüşə ehtiyac qalmayıb və rəqib 4:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Bürünc medal şansını qoruyan komandamız təsəlliverici görüşdə Estoniya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

*** 13:46

 

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa çempionatında ilk görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, qarışıq komanda təsnifat mərhələsində Avstriya kollektivi ilə qarşılaşıb.

Millinin heyətində Səbinə Əliyeva (57 kq) Verena Hideni, Vüsal Qələndərzadə (73 kq) İssa Nasçonu, Aytac Qardaşxanlı (70 kq) Laura Kallingeri, Elcan Hacıyev (90 kq) isə Aslan Papoyanı yenib. Beləliklə digər iki görüşə ehtiyac qalmayıb və cüdoçularımız 4:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.

Komandamız 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

***

Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında bu gün qarışıq komanda yarışı baş tutacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə təsnifatdan başlayacaq. Burada rəqib Avstriya kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Görüşün qalibi 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.

Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

22 phrase_var_core.june 2026
02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlirza Belçika ilə oyunun ən yaxşısı seçildi

01:52

"Qalatasaray"ın ulduzu "Neftçi"yə keçir?

01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında quru "sülh"

21 phrase_var_core.june 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 phrase_var_core.june 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

phrase_var_core.fb
X