Azərbaycan karateçiləri İsveçrədə keçirilən “Basel Open” turnirində uğurla çıxış ediblər.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən Mədinə Sadıqova (55 kq), Tural Ağalarzadə (67 kq) və Ayxan Mamayev (açıq çəkidə) qızıl medal qazanıblar.
Mamayev həmçinin 84 kq çəki dərəcəsində gümüş qazanıb.
Asiman Qurbanlı (+84 kq) və gənclərin yarışında Əminağa Quliyev (60 kq) də gümüş medala sahib olublar.