İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 5-ci turunda İngiltərə üzərində qazandıqları qələbədən (1:0) danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Biz dünyanın ən güclülərindən biri olan İngiltərəni məğlub etdik. Oyun sisteminin necəliyindən asılı olmayaraq, əsas işi fərdlər görür. Komandanın təhlükəli hücumlar qurmaq istəməsi vacib şərtdir. Bu mənada hər şey üəyimcə idi. Layiqli qələbə qazandıq".
Qeyd edək ki, İtaliyanın qolunu matçın 68-ci dəqiqəsində Cakomo Raspadori vurub.
Nihat