Qazaxıstan yığmasının futbolçusu Abılayxan Jumabek Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu barədə danışıb.
Fanat.Az "Sport.kz" saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu matça yaxşı hazırlaşdıqlarını bildirib:
"Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik. Baş məşqçi dedi ki, hələ heç nə bitməyib. Qarşıda daha bir vacib oyunumuz var".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.
Emin