
"Global Championship" onlayn turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi Teymur Rəcəbov bu gün 1/16 final görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster bu mərhələdə hindistanlı Arcun Eriqaysi ilə qarşılaşacaq.
Görüş əvvəlcə sentyabrın 23-nə planlaşdırılsa da, sonradan tarix dəyişdirilib.
Cütün qalibi 1/8 finalda sonuncu İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.