Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti görüşündə isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə "sülh bağlayıb".
Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi üçüncü yerin sahibi kimi pley-offa vəsiqə qazanıb. Növbəti mərhələyə ümumilikdə 8 şahmatçı yüksəlib.