İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün yeddinci turun görüşləri keçirilib. Liderlər qrupunda qərarlaşan Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə, Abdulla Qədimbəyli Andrey Yesipenko (FIDE) ilə "sülh bağlayıb".
Digər şahmatçılarımızdan Ləman Hacıyeva monqolustanlı Boldbatar Altantuyanı, Məhəmməd Muradlı bosniya və herseqovinalı Draqan Stankoviçi yenib.
Bu nəticələrdən sonra xalını 6-ya çatdıran Gövhər Beydullayeva qızların yarışında liderliyini davam etdirir. Ləman Hacıyeva 5 xalla 10-cudur.
Oğlanlardan Abdulla Qədimbəyli 5 xalla 9-cu, Məhəmməd Muradlı 4 xalla 50-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.