Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu mərhələdə Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.
O, finalın bir addımlığında Dommaracu Qukeş (Hindistan) - Rixard Rapport (Macarıstan) duelinin qalibi ilə qarşılaşacaq.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.