Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində bu gün yarımfinal görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 1/4 finalda özbəkistanlı Nodirbek Abdusattorovu mübarizədən kənarlaşdıran 37 yaşlı qrossmeyster bu mərhələdə Rumıniya təmsilçisi Rixard Rapportla üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.