Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu mərhələdə Rumıniyanı təmsil edən Rixard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov adını finala yazdırıb.
O, həlledici mərhələdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.