
Azərbaycan şahmatçısı Vüqar Rəsulov Şimali Makedoniyada keçirilən "Skopye Open" turnirində liderlər qrupunda qərarlaşıb.
Fanat.Az xəbər verir ki, o, yeddinci turda birinci yeri bölüşdüyü Luka Draskoviçlə (Monteneqro) qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.
Hazırda Rəsulov, Draskoviç və Anton Demçenko (FIDE) hərəyə altı xalla ilk üç pilləni bölüşürlər.