
Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Rumıniyada keçirilən Qran-Pri turnirində ikinci yeri tutub.
Fanat.Az xəbər verir ki, təmsilçimiz doqquz turdan 6,5 xal toplayıb.
Onunla eyni sayda xal toplayan Ülvi Sadıqov isə əlavə göstəricilərə görə dördüncü olub.
Turnirin qalibi adına 7,5 xalla ukraynalı Vitali Bernadski layiq görülüb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 41 şahmatçı iştirak edib.