Türkiyənin Konya şəhərində yeniyetmə və gənc karateçilər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kq) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əvvəl 16-17 yaşlıların yarışında Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar.
Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.
Qeyd edək ki, 105 ölkədən 1861 idmançının qatıldığı yarışda Azərbaycan 28 idmançı ilə təmsil olunub.