
Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
Azərbaycan Şahmat Federasiyasından Fanat.Az-a verilən məlumata görə, qaydalara əsasən, 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır. İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli isə 9-cu turda 3-cü qrossmeyster normasını yerinə yetirib. Bununla A. Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.