Serbiyanın yunan-Roma güləşi yığması 5-6 noyabrda Bakıda keçiriləcək Dünya Kuboku yarışına qatılmayacaq.
Fanat.Az Dünya Güləş Birliyinin (UWW) rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, buna heyətin bir neçə üzvünün koronavirusa yoluxması səbəb olub.
Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.