19:09 04.11.2022 535

"Kimsə özünü hazır sayırsa, işi təhvil verə bilərəm" - Ayxan Abbasov 

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 13-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Rəqibi təbrik edirəm. Həm daha istəkli idilər, həm də onlara hər şey alındı. Çempionat uzun marafondur, belə oyunlar olur. Köklənirsən, qələbə qazanmaq istəyirsən. Amma həm tez qollar buraxdıq, həm də sadə səhvlər etdik. Toparlanmalıyıq. İtkilərimiz də var idi. Ancaq bəzi oyunçular belə görüşlərdə “artırmalıdırlar”. Onların üzərinə məsuliyyət düşür, şans verilir.

Tez qol buraxmağımız tələsməyimizə səbəb oldu. İstədiyimiz epizodlar oldu. Təəssüf ki, sonluq çatmadı. Birinci hissənin sonuna bir dəqiqə qalmış qol buraxdıq. Bu, bir az pis təsir elədi. İkinci hissədə dəyişikliklər elədik. Həftəboyu başqa cür hazırlaşırsan, futbolda isə istəmədiyin hallarla üzləşə bilirsən. Risk etmək lazım idi. Hücumameyilli oyunçuları meydana buraxdıq. Hesab rahat futbol oynamağımıza imkan vermədi.

3 cinah oyunçumuz zədəlidir. İmedia Aşortiyanı məcburiyyətdən cinahda oynatdıq. Onu da ikinci hissədə hücuma atandan sonra Vüsal Məsimovdan başqa cinahda oynadacaq futbolçu yox idi. Bizi təcrübə uduzdurmadı. Rəqib istəkli idi. “Şamaxı” artıq neçə matçdır ki, istəkli çıxış edir. Bu gün bizdə fərdi keyfiyyətləri ortaya qoymaq çatmadı. Bəlkə də, qol buraxmasaydıq, daha rahat oyunumuzu göstərəcəkdik. Amma alınmadı.

Mən bura gələndə ilk sözüm o olmuşdu ki, səbirli olaq. Biri var klubun azarkeşi, biri də var tamaşaçı. Tamaşaçı ayda bir dəfə stadiona gəlir, bu da normaldır, başa düşürük. 12 oyun keçirmişik, çətinliklərlə vuruşa-vuruşa gəlmişik. Bu çətinlikləri bilib gəlmişik, kömək etmək istəyirik. Səbirsiz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün əlimdə elə böyük heyət, büdcə yoxdur ki, hər komandaya qarşı başabaş mübarizə aparım. Bir oyun, iki oyun… Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacağam. Kimsə özünü hazır sayırsa, işi bu gün canla-başla təhvil verə bilərəm”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X