
Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster yarışın 8-ci turunda qara fiqurlarla Hindistan təmsilçisi Surya Şexar Qanquli ilə qarşılaşıb. Matç 45-ci gedişdə heç-heçə yekunlaşıb.
Beləliklə, xalını 4-ə çatdıran Abasov turnir cədvəlinin 5-ci pilləsindəki mövqeyini qoruyub. Lider 5,5 xal toplayan Yanqyi Yudur (Çin).
Ümumilikdə 10 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa bu gün yekun vurulacaq