
Azərbaycan şahmatçısı Nicat Abasovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fall Chess Classic" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, 27 yaşlı qrossmeyster dairəvi sistemlə keçirilən yarışın sonuncu - doqquzuncu turunda ağ fiqurlarla Yunanıstan təmsilçisi Nikolas Teodoru ilə qarşılaşıb. Matç 29-cu gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 4 xal toplayan Abasov turniri yeddinci sırada başa vurub.
Qalib 6,5 xalla çinli Yanqyi Yu olub.