Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində bu gün növbəti görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster IV turda ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə, V, VI turlarda, müvafiq olaraq, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaysi ilə üz-üzə gələcək.
Məmmədyarov əvvəlki üç görüşündə qələbə qazanıb və hazırda üç xalla 10 şahmatçı arasında liderdir.
Qeyd edək ki, turnirə dekabrın 1-də yekun vurulacaq.