Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində bu gün son görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı yarışın VII turunda hindistanlı Nihal Sarinlə, VIII və IX turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Vidit Santoş Qucrati ilə üz-üzə gələcək.
Məmmədyarov hazırda 3,5 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.